Daha 23 ölkənin vətəndaşlarının təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verildi

Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edib.

QİA.AZ xəbər verir ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına aşağıdakı məzmunda 2.5-7-ci və 2.6-1-ci bəndlər əlavə edilir:

– Hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:

– Argentina Respublikası;
– Avstraliya İttifaqı;
– Braziliya Federativ Respublikası;
– Bruney Darüssalam;
– Cənubi Koreya Respublikası;
– Çili Respublikası;
– Ekvador Respublikası;
– Kamboca Krallığı;
– Kosta Rika Respublikası;
– Kuba Respublikası;
– Küveyt Dövləti;
– Qazaxıstan Respublikası;
– Maldiv Respublikası;
– Meksika Birləşmiş Ştatları;
– Mərakeş Krallığı;
– Monqolustan;
– Monteneqro;
– Norveç Krallığı;
– Oman Sultanlığı;
– Panama Respublikası;
– Salvador;
– Uruqvay Şərq Respublikası;
– Yeni Zelandiya.

Bu Qərarda nəzərdə tutulan (2.4-cü, 2.5-2-ci, 2.5-6-cı, 2.5-7-ci, 2.5-1.1-ci, 2.5-4-1-ci və 2.5-5.1-ci bəndlər istisna olmaqla) COVID-19 pasportu tələbi müəyyən edilən hallarda COVID-19 infeksiyası əleyhinə peyvəndə əks-göstərişi müəyyən edilmiş şəxslərdən əks-göstəriş sertifikatının olması tələb olunur.

Oxşar Xəbərlər