Daha bir cüdoçumuz bürünc medal qazandı

Apr2,2021

Azərbaycan cüdoçusu Murad Fətiyev Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.

QİA.AZ-ın məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda italiyalı Antonio Esposito ilə qarşılaşıb.

Rəqibinə qalib gələn Fətiyev bürünc medala yiyələnib.

Qeyd edək ki, daha əvvəl 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə bürünc medal qazanıb.

Oxşar Xəbərlər