Daha bir cüdoçumuz olimpiadaya lisenziya qazanıb

Azərbaycanın qadın cüdoçusu Aişə Qurbanlı Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bu barədə “QİA.az”a federasiyanın vitse-prezidenti Sadıq Sadıqov məlumat verib. Onun sözlərinə görə, 48 kq çəki dərəcəsində yer alan Qurbanlı yüksək reytinq xalı topladığı üçün olimpiadaya vəsiqə əldə edib: “Avropada 5 ölkəyə yer verilir. Aişənin xalı yüksək olduğu üçün lisenziya əldə etdi. Tokio olimpiadasında iki qadın cüdoçu – Ayşə Qurbanlı və 78 kq-dan yuxarı çəkidə irina Kindzerska ilə təmsil olunacağıq”.

Əvəzində S.Sadıqov Oyunlara qarışıq komanda növündə qatıla bilməyəcəklərini diqqətə çatdırıb: “Qarışıq komanda üçün 3 qadın, 3 kişi cüdoçu tələb olunur. Bu səbəbdən, bu yarışda iştirakımız alınmayacaq. Əvvəl belə idi ki, bir çəkidə idmançın yoxdursa, texniki məğlubiyyət verib ikinci çəkiyə buraxırdılar. İndi isə heyət tam olmalıdır. 70 kq-da qadın cüdoçumuz olmadığına görə problem yarandı. Çünki bu, lisenziya qazanmış idmançı olmalı idi”.

Qeyd edək ki, Azərvaycan kişilərin mübarizəsinə tam heyətlə – 7 cüdoçu ilə qatılacaq.

Oxşar Xəbərlər