Daha bir deputat Fransadakı səfirin geri çağırılmasını istəyir

Daha bir deputat Fransadakı səfirin geri çağırılmasını istəyir

“Hesab edirəm ki, Fransa senatının üzvləri beynəlxalq hüquqdan kifayət qədər xəbərdardırlar. Ona görə də onların qəbul etdiyi qətnamə qərəzlidir”.

“QİA.AZ” xəbər verir ki, bunu parlamentin bu gün keçriilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, Azərbaycanın Fransadakı səfiri geri çağrılmalıdır:

“Ticari və iqtisadi əlaqələrə yenidən baxılmalıdır. Biz qalib ölkəyik. Bu qələbəni biz ona görə qazandıq ki, Azərbaycan xalqı Ordusu və Prezidenti ilə birgə oldu”.

Oxşar Xəbərlər