Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin edib.
“QİA.az” Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, BƏƏ-nin Dubay şəhərində keçirilən Dünya Kubokunda parapauerliftinq üzrə milli komandamızın üzvü Pərvin Məmmədov (49 kq) 157 kq nəticə göstərərək yarışı 4-cü yerdə yekunlaşdırıb.
Dubayda keçirilən Dünya Kubokunda və daha öncə reytinq xalları qazandıran yarışlarda yüksək nəticə əldə etmiş Pərvin Məmmədov ölkəmizi Tokio-2020 Yay Paralimpiya Oyunlarında təmsil etmək hüququ qazanıb. Bu, Azərbaycanın Paralimpiya Oyunlarına 19-cu lisenziyası olub.