Daha bir idmançımız Tunisdə qızıl medal qazandı

Mar19,2021

Azərbaycanın paraatleti Yuliya Yanovskaya Tunisdə keçirilən “Tunis 2021 World Para Athletics Grand Prix” yarışlarında qızıl medal qazanıb.

QİA.AZ-ın məlumatına görə, T13 kateqoriyasında iştirak edən idmançı 400 metr qaçış növündə 58.29 saniyə nəticə göstərib.

Reytinqdə ilk “altılığ”a daxil olan Yanovskaya Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şansını artırıb.

Qeyd edək ki, bu, Azərbaycan komandası turnirdə 4-cü qızıl medalıdır. Ümumi medal sayı isə 5-dir.

Oxşar Xəbərlər