Daha bir marşrut avtobusunda gediş haqqı kartla ödəniləcək

May23,2021 #Gediş haqqı #kart #Marşrut

Mayın 24-dən 113 nömrəli marşrut xətti ( “Qara Qarayev” m/s – Əmircan qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə “QİA.az” Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.

Xatırladaq ki, paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib.

Oxşar Xəbərlər