Daha bir müəllim koronavirusun qurbanı oldu

Sumqayıtda müəllim koronavirusdan dünyasını dəyişib.

“QİA.az” xəbər verir ki, Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbin müəllimi Məsudə Səfərəliyeva COVID-19-dan vəfat edib.

M.Səfərəliyeva orta məktəbdə riyaziyyat fənnini tədris edib.

Qeyd edək ki, ötən gün İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi Y.Cəbrayılova da COVID-19-dan vəfat edib.

Oxşar Xəbərlər