Özbəkistanda koronavirusa qarşı peyvənd dövlət qurumları və xidmət sektoru işçiləri üçün məcburi olub.
Bu barədə Özbəkistan Koronavirus Əleyhinə Komissiyası qərar verib.
Qərara əsasən, peyvəndin ilk dozası1 sentyabr, ikinci dozası 1 oktyabr, üçüncü dozası 1 noyabr tarixinə qədər məcburi vurulmalıdır.
Komissiya həmçinin ölkədə keçiriləcək ali məktəblərə qəbul imtahanlarının açıq havada keçirilməsinə qərar verib.