Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində ağır yaralanaraq sol ayağını itirmiş Abbas Mədəd oğlu Yusifovun da yüksək texnologiyalı protezlə təmin edilməsi üçün işlərə başlayıb.
QİA.AZ bildirib ki, qurumun tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazimizin ilkin müayinəsi aparılıb.
Ona protezləşməyə hazırlanması üçün lazımi təlimatlar verilib. 7-10 gün ərzində protezləşməyə tam hazır olandan sonra Abbasdan ölçülər götürülərək yüksək texnologiyalı protezlə təmin ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Yusifov Abbas Mədəd oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.