Daha üç şadlıq sarayı pandemiya tələblərini pozub

İyl16,2021

Bərdə Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 3 şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan QİA.AZa verilən məlumata görə, yoxlamalar zamanı “Rauf Qoç” və “Ağsaray” şadlıq saraylarında keçirilən toy mərasimlərinin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi, “Mətin” şadlıq sarayında toy məclisi zamanı qonaqların müəyyən edilmiş saydan çox olduğu aşkarlanıb.

Baş vermiş qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Oxşar Xəbərlər