QİA.AZ xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov görkəmli rəssam Tahir Salahova həsr edilən “Xatirə” tədbirində və “Dialoq” kitabının təqdimatında iştirak edib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdində fəaliyyət göstərən Tahir Salahovun ev-muzeyinin dəvətilə təşkil olunan təqdimat mərasimində bir sıra rəsmi şəxslər, ədəbiyyat və incəsənət xadimləri iştirak edib.