Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov bir sıra rəsmi şəxslərlə birlikdə, Azərbaycan Memarlar İttifaqının dəvətilə, AMİ-nin 85 illiyi ilə əlaqədar təşkil olunmuş yubiley tədbirində iştirak edib.
QİA.AZ xəbər verir ki, rəsmi tədbirdə Bəxtiyar Əsgərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun təbrik məktubunu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri cənab Elbay Qasımzadəyə təqdim edib.