Dalana dirənən Ermənistan hakimiyyəti cəmiyyət üçün problemə çevrilir

Okt28,2020
Dalana dirənən Ermənistan hakimiyyəti cəmiyyət üçün problemə çevrilir

Son hadisələr Ermənistanın “əsas potensialını” da aşkarladı. Məlum oldu ki, bu dövlət yalnız xarici dəstək və yardımların hesabına mövcuddur.

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 27-dək ölkə əhalisinin etirazının qarşısını koronavirus təhlükəsinə görə ala bilirdi. Bu məqsədlə fövqəladə vəziyyət rejimi müddətini qanunsuz olaraq, hətta 5 ayadək uzada bildi.

2021-ci ilin yanvarınadək isə fövqəladə vəziyyəti rejiminə bərabər karantin tətbiq edilib.

Ancaq bu hal onu çoxsaylı problemlərin məngənəsində xilas edə bilmir. Son döyüşlər başlamazdan əvvəl müxalifət nümayəndələri Nikolun istefası tələbi ilə etiraz aksiyası keçirəcəklərinin bəyan etmişdi. Onlardan biri, Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının sədri Artur Vanesyan ölkədə vəziyyətin ağır olduğunu, bunun üçün müxtəlif siyasi qüvvələrin məsləhətləşmə keçirməyə ehtiyac yarandığını bildirmişdi. O, həmin vaxt Ermənistanın uçrum astanasında olduğunu da vurğulamışdı.

Nikol Paşinyan Azərbaycana qarşı müharibəni başlamaqla çoxsaylı problemlərdən yayınmağa çalışdı.

Ancaq döyüşlər uçurum vəziyyətində olan Ermənistanın düşdüyü vəziyyəti daha ağırlaşdırdı.

Oxşar Xəbərlər