“Daşnaksütyun”: Paşinyanın sayılı günləri qaldı, Nikolsuz Yeni il

“Biz belə birləşmə ilə bu hakimiyyəti təmizləməli, həmçinin ölkəmizin birliyini qurmalıyıq.

QİA.AZ xəbər verir ki, bunu Ermənistanın paytaxtı Yerevandakı “Fransa” meydanında keçirilən “Ləqayət marşı” mitinqində “Daşnaksütyun” Partiyasının nümayəndəsi İşxan Saqatelyan deyib.

“Nə qədər ki, Paşinyan Ermənistanın baş naziri vəzifəsini tutur, bizim xalqımızın və dövlətimizin qamətini düzəltmək sadəcə mümkün deyil.

Qarşımızdakı problemləri həll etmək üçün Paşinyanın gedişindən sonra hamımız birlikdə Avstraliyadan Moskvaya, Tehrandan Los-Ancelesə qədər xalqımızın potensialını birləşdirməliyik”.

O, qeyd edib ki, baş nazir Nikol Paşinyanı istefaya göndərmək və irəli getmək lazımdır: “Bizdən daim soruşurlar ki, bu mübarizə nə ilə bitəcək, mübarizə nə qədər uzun davam edirsə, bizi elə indi bu hakimiyyəti konkret hərəkətlərlə aradan qaldırmağa çağırırlar.

Mən “Vətənin qurtuluşu üzrə Hərəkat” adından söz verirəm ki, Paşinyanın sayılı günləri qaldı. Əgər o könüllü getməsə, onda özümüz onu vəzifədən uzaqlaşdıracağıq. Biz hər gün itaətsizlik aksiyaları keçirəcəyik və hədəfimizə nail olacağıq. Nikolsuz yeni il”, – Saqatelyan bildirib.

Oxşar Xəbərlər