Türkiyənin ATV kanalında yayımlanan “Hercai” serialının çəkiliş meydançasına silahlı hücum olub.
“QİA.az” xəbər verir ki, bu həftə final bölümü çəkilən ekran işinin köməkçi aktyoru Emrullah Omay dostları ilə məkana basqın edib. Buna səbəb vaxt məhdudiyyəti və sıx iş rejimi səbəbindən aktyorun dostları ilə foto çəkdirməməsi olub.
İstəkləri rədd edilən qrup bir neçə saat sonra çəkiliş yerinə gəlib, dava edərək havaya silahdan atəş açıb. Həmçinin bir nəfər serial əməkdaşı döyülüb.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl aktyor Akın Akınözünün (Miran) çəkilişə gecikməsi səbəbi heyət tərəfindən etirazla qarşılanmış və dava çıxmışdı. Aktyor adı açıqlanmayan serial əməkdaşına yumruq zərbəsi endirmişdi.