Mütəmadi olaraq təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşən, onların arzu və təklifləri, problemləri ilə maraqlanan Yeni Azərbaycan Partiyasının 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov YAP Goranboy təşkilatının inzibati binasında fərdi vətəndaş qəbulu keçirib.
Qarabağ İnformasiya Agentliyi xəbər verir ki, qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən deputat onların müraciət və təkliflərini səbrlə, təmkinlə, qayğı ilə dinləyib. Məşğulluq və tibbi yardımlarla, internet kabel xətlərinin çəkilməsi ilə, qaz, işıq, su xətlərinin çəkilməsi və şəhid ailələrinin sosial yardımlarla bağlı müraciətləri nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qrumlarla əlaqə yaradılıb, müraciətlərin əksəriyyəti isə yerindəcə həll olunub.
Həmçinin qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtllərinə əməl etmələri tövsiyə olunub.
Qəbula gələnlər belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Goranboy rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.