“Bir sıra dövlətlər noyabrın 10-da imzalanmış birgə bəyanatı qəbul etmək istəmirlər. Fransa həmişə Ermənistanın yanında olub”.
“QİA.AZ” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Fransa bundan sonra həmsədr kimi fəaliyyət göstərə bilməz: “Fransanın həmsədrlikdən kənarlaşdırıması ilə bağlı Milli Məclis bəyanat qəbul etməlidir”.