Deputat Milli Məclisdə səfirlə görüşüb

29 aprel 2021-ci il tarixdə Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rauf Əliyev Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynovla görüşüb.

QİA.AZ xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi və hal-hazırda strateji əməkdaşlıq səviyyəsində oduğu qeyd olunmuş və bu sahədə iki dövlət başçısının qarşılıqlı səfərlərinin böyük əhəmiyyət daşıdığı vurğulanıb. İki ölkə arasında energetika, nəqliyyat, qida sənayesi, kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti, eləcə də inkişaf prespektivləri müzakirə olunub.

Görüş zamanı Avropanın, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayan, 2020-ci ilin sonunda “Cənub Qaz Dəhlizi”nin sonuncu hissəsi olan TAP-ın istifadəyə verilməsinin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, “Cənub Qaz Dəhlizi” nin istifadəyə verilməsi Azərbaycan-Bolqarıstan əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradacaq.

Oxşar Xəbərlər