Deputat Vüqar İskəndərov aprel ayı üzrə növbəti vətəndaş qəbulu həyata keçirib.
“QİA.az” xəbər verir ki, mövcud pandemiya şəraitində karantin qaydalarına uyğun şəkildə təşkil olunan qəbul zamanı seçicilər müxtəlif məsələlərlə bağlı deputata müraciətlər ediblər. Müraciətlərin əsas hissəsi, əlilliyin təyin olunması, kommunal, məşğulluq, səhiyyə, sosial, mənzil şəraitinin yaxşılaşdırılması və s. mövzularda olub. Müraciətlərin əksər hissəsi yerindəcə həllini tapıb. Qanunvericiliyin tələblərinə uyğun olan digər vətəndaş müraciətləri isə aidiyyatı üzrə yönləndirilmək məqsədi ilə qeydiyyata alınıb.
Qəbulun gedişində seçicilərlə deputat arasında ətraflı fikir mübadiləsi aparılıb, onlara ümumilikdə vətəndaşların problemlərinin həlli istiqamətində həyata keçirilmiş tədbirlər, habelə yaxın gələcəkdə görülməsi planlaşdırılan işlər barəsində məlumat verilib.