“Bəzi ailələrin övladları var ki, onlar təhsil haqqını ödəyə bilmirlər. Ona görə də imtahana buraxılmırlar”.
“QİA.az”ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında deyib.
“Təklif edirəm ki, bu məsələ ilə bağlı aiddiyyyatı komitə Təhsil Nazirliyi ilə müzakirələr aparsın və həmin tələbələrə ilin sonunadək təhsil haqqını ödəməyə vaxt verilsin. Həmin tələbələr isə imtahana buraxılsınlar.”, – deputat vurğulayıb.