Dövlət Gömrük Komitəsi (DGK) əməliyyat-istintaq baş idarəsi və ərazi əməliyyat struktur bölmələrinin əməkdaşları tərəfindən Mingəçevir şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus “Mercedes-Benz” markalı nəqliyyat vasitəsindən və istifadəsində olan fərdi yaşayış evindən külli miqdarda, ümumi sayı 120 min ədəd Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış tütün məmulatları aşkar edilib.
DGK-dən QİA.az-a bildirilib ki, hazırda faktla əlaqədar araşdırma aparılır.