Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçısı: Qarabağa gəlmək ən böyük arzum olub

Qarabağa gəlmək hər zaman mənim ən böyük arzum olub. Allaha şükürlər olsun ki, bu gün bu istəyim yerinə yetdi, Qarabağı, Laçını görə bildim.

QİA.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlaması zamanı Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsinə Belarusdan qatılan Amin Ağayev deyib.

“Belarusda Azərbaycanı, Azərbaycan mədəniyyətini təmsil və təbliğ edirik. Diaspor Gənclərinin V Yay Düşərgəsinə qatılmaq mənim dünyagörüşümü daha da formalaşdıracaq. Əvvəllər Qarabağı internetdə görürdüm. İndi isə Qarabağla bağlı daha çox məlumatlı olacağam. Yay Düşərgəsində iştirak mənə imkan verəcək ki, yaşadığım ölkəyə qayıtdıqdan sonra Azərbaycanı daha əhatəli təbliğ edim”, – deyə A.Ağayev bildirib.

Oxşar Xəbərlər