Diasporla İş üzrə Dövlət Komitəsi 47 min manatlıq bayraq alıb

Diasporla İş üzrə Dövlət Komitəsi 47 min manatlıq bayraq alıb

Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyə bayraqlarının alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“QİA.AZ” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Maskat-LM” MMC-dir.

Qalib şirkətə 46,5 min manat ödəniləcək.


Məsələ ilə bağlı Komitədən “Report”a bildirilib ki, satınalmaya təkcə Türkiyə bayraqları daxil deyil. Söhbət hər biri 15 manata 2 000 ədəd Azərbaycan bayrağından, hər biri 10 manata 100 ədəd stolüstü Azərbaycan bayrağından, hər biri 1,8 manatdan 2 000 ədəd aksiyalarda əldə tutulan Azərbaycan bayrağından, hər biri 3 manata 1 000 ədəd bayraq dirəyindən, hər biri 280 manata metal dirəkli 5 ədəd Azərbaycan bayrağından və hər biri 15 manata 500 ədəd Türkiyə bayrağından gedir.

Oxşar Xəbərlər