Dilqəm Quliyevə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Fev11,2021

Prezident İlham Əliyev D.Q.Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

QİA.AZ xəbər verir ki, Sərəncamla “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alınır:

– Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illiyi münasibətilə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə Dilqəm Qasım oğlu Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Oxşar Xəbərlər