Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına 2021-ci il fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticəsi imtahandan iki gün sonra martın 2-də elan olunub.
“QİA.AZ” xəbər verir ki, Dövlət İmtahan Mərkəzi imtahanla bağlı müəyyən statistik göstəriciləri və bəzi göstəricilərin ötən illərdə keçirilən analoji imtahanla müqayisəsinə aid məlumatları təqdim edib.
2021-ci il fevralın 28-də keçirilən imtahanda iştirak üçün 19885 bakalavr qeydiyyatdan keçib. Ötən illə müqayisədə ərizə verənlərin sayı 4147 nəfər (26.35%) artıb. Bu il qeydiyyatdan keçənlərin 256 nəfəri (1.28%) imtahana gəlməyib. Ötən il də imtahana gəlməyənlərin nisbi sayı (1.16%) bu səviyyədə olub.
Bu il bakalavrların yarısının imtahanda topladığı bal 47-dən yüksək olub (median 47.57) olub. Ötən il bu göstərici 48 bala bərabər olub (median 48.96). Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32%-ni təşkil ediblər.
Bu il 91 va daha yuxarı bal toplayanların sayı 17 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 257 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 1334 nəfər olub. Ötən il analoji göstəricilər 15, 252,1284 nəfər olub. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı nisbətən daha çox olub. Xatırladaq ki, imtahan toplanılan bilən maksimum bal 100-ə bərabərdir.
İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Hər bir sual 1 balla qiymətləndirilib. İmtahan iştirakçılarının yarısı məntiqi təfəkkürü yoxlayan testlər üzrə 26 baldan yüksək nəticə göstərib (median göstəricisi 26.96-ya bərabər olub). İmtahanda 4 nəfər maksimal (50) bal toplayıb.
İnformatika fənni üzrə nəticələr o qədər də yaxşı deyil. Bakalavrların yarıdan çoxu 8 baldan aşağı nəticə göstərib (median 7.64-ə bərabər olub), cəmi 1 nəfər bütün suallara düzgün cavab verib.
Xarici dil fənni üzrə dillərdən asılı olaraq müxtəlif mənzərələrin şahidi oluruq. Bakalavrların ingilis və rus dilləri üzrə nəticələri qənaətbəxş, fransız və alman dilləri üzrə nəticələri isə zəif olub. Belə ki, imtahan iştirakçılarının yarıdan çoxu ingilis dili fənni üzrə ən azı 11 (median 11.70-ə bərabər olub), rus dili fənni üzrə ən azı 12 bal (median 12.69-a bərabər olub) toplayıb. Fransız dili və alman dili fənləri üzrə isə bakalavrların yarıdan çoxu müvafiq olaraq, 8 baldan (median 7.86-ya bərabər olub) və 9 baldan (median 8.50-yə bərabər olub) aşağı nəticə göstərib.
Aşağıdakı cədvəllərdə bakalavrların 2021 və 2020-ci illərdə keçirilən imtahanlarda topladıqları ballar üzrə histoqramlarla tanış ola bilərsiniz.
2021-ci il
İştirakçıların sayı 19625
Bal intervalları Bakalavrların sayı (tezliklər) 0 – 30 1818 31 – 35 1647 36 – 40 2283 41 – 45 2670 46 – 50 2769 51 – 55 2453 56 – 60 2049 61 – 65 1536 66 – 70 1066 71 – 75 639 76 – 80 438 81 – 85 180 86 – 90 60 91 – 95 16 96 – 100 1 |
2020-ci il
İştirakçıların sayı 15552
Bal intervalları | Bakalavrların sayı (tezliklər) |
0 – 30 | 1441 |
31 – 35 | 1148 |
36 – 40 | 1619 |
41 – 45 | 1914 |
46 – 50 | 2086 |
51 – 55 | 1933 |
56 – 60 | 1729 |
61 – 65 | 1397 |
66 – 70 | 1001 |
71 – 75 | 668 |
76 – 80 | 364 |
81 – 85 | 166 |
86 – 90 | 71 |
91 – 95 | 15 |
96 – 100 | 0 |