DİM Dövlət qulluğu imtahanında iştirak edənlərin statistikasını açıqlayıb

Mar3,2021
Dövlət qulluğuna qəbul imtahanının keçiriləcəyi tarix məlum olub

19 fevral 2021-ci ildə inzibati icraçı və rəhbər vəzifələrə (A və B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatları açıqlayıb.

DİM-in Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, qeydiyyatdan keçən namizədlərin 1008 nəfəri kişi, 1084 nəfəri isə qadın olub. Kişilər üzrə 931 nəfər (qeydiyyatdan keçənlərin 92.4%-i), qadınlar üzrə isə 1005 nəfər (qeydiyyatdan keçənlərin 92.7%-i) 20-34 yaş intervalında olanlardır. Yuxarı yaş qrupları (45-64 yaş intervalı) üzrə 17 nəfər (9 kişi, 8 qadın) qeydiyyatdan keçsə də, imtahanda yalnız 1 nəfər (1 qadın) uğur qazana bilib. Ümumiyyətlə, imtahanda iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 4 nəfər imtahanı uğurla keçib.

Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən 651 nəfər (uğur əldə edənlərin təqribən 88%-i, 281 kişi və 370 qadın) 20‑29 yaş intervalında olan namizədlərdir. 30-39 yaş intervalında isə 85 nəfər (42 kişi və 43 qadın) lazım olan balı toplaya bilib.

Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 721 nəfəri, yəni təqribən 97.4%-i yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 19 nəfərdir.

Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2092 namizəddən 740 nəfəri (35.4%) müvəffəqiyyət əldə edib. Nəticələrə kişi və qadınlar üzrə ayrıca baxsaq görərik ki, qadınların müvəffəqiyyət göstəriciləri nisbətən yüksək olub. Belə ki, qeydiyyatdan keçmiş 1008 kişidən 324 nəfər (32.1%), 1084 qadından isə 416 nəfər (38.4%) uğur əldə edib.

Daha ətraflı statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

Kişi və qadınlar üzrə məlumat 

CinsiYaş intervalıQeydiyyatdan keçmişdirTest imtahanından uğurla keçibFaizlə (%)
Kişi20-2431115850.8
Kişi25-2944512327.6
Kişi30-341753318.9
Kişi35-3958915.5
Kişi40-4410110.0
Kişi45-49500.0
Kişi50-54000.0
Kişi55-59200.0
Kişi60-64200.0
Kişilər üzrə cəmi:100832432.1
Qadın20-2442221851.7
Qadın25-2942215236.0
Qadın30-341613723.0
Qadın35-3956610.7
Qadın40-4415213.3
Qadın45-496116.7
Qadın50-54100.0
Qadın55-59100.0
Qadın60-64000.0
Qadınlar üzrə cəmi:108441638.4
Yekun:209274035.4

Ümumi məlumat

Yaş intervalıQeydiyyatdan keçmişdirTest imtahanından uğurla keçibFaizlə (%)
20-2473337651.3
25-2986727531.7
30-343367020.8
35-391141513.2
40-4425312.0
45-491119.1
50-54100.0
55-59300.0
60-64200.0
Cəmi:209274035.4

Oxşar Xəbərlər