DİM-in bütün elektron xidmətləri və informasiya sistemləri dayandırılır – Xəbərdarlıq

Mar12,2021
DİM-in bütün elektron xidmətləri və informasiya sistemləri dayandırılır - Xəbərdarlıq

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzin elektron xidmətlərindən istifadə edənlərə xəbərdarlıq edib.

“QİA.AZ”ın məlumatına görə, DİM istifadəçilərin nəzərinə çatdırır ki, Dövlət İmtahan Mərkəzinə məxsus server infrastrukturunun yeni ünvana köçürülməsi ilə əlaqədar 2021-ci il 17,18,19 mart tarixlərində Mərkəzin bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.

Qeyd edək ki, bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.

Oxşar Xəbərlər