DİM Laçın şəhərində, Zabux kəndində və Füzulidə yerləşən məktəblərdə buraxılış imtahanı keçirir

Mar10,2024

Martın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) Laçın, Füzuli və Zəngilan rayonlarında buraxılış imtahanı keçirir. DİM ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2 nömrəli tam orta məktəbdə, Zabux kənd tam orta məktəbində və Füzulidə M.Uluqbəy adına 1 nömrəli məktəbdə buraxılış imtahanı keçirir.

Bu barədə QİA.az-a DİM-dən məlumat verilib.

Xatırladaq ki, bu gün DİM respublikanın 33 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir və bu imtahanlarda 53 min 102 şagirdin iştirakı nəzərdə tutulur.

Oxşar Xəbərlər