DİM: Ötən bir ildə 6 minə yaxın müraciət üzrə onlayn apellyasiya prosesi təşkil edilib

Apr9,2021

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən hər bir imtahanın nəticəsi ilə bağlı Apellyasiya Komissiyası təşkil edilir. 2020-ci ildən başlayaraq Apellyasiya Komissiyasına ərizə qəbulu prosesi və apellyasiya prosesi onlayn (məsafədən) formatda həyata keçirilir.

QİA.AZ xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin DİM-in yaradılmasının 5-ci ildönümünə həsr olunmuş məqaləsində yer alıb.

Məqalədə bildirilib ki, ötən bir il ərzində 6 minə yaxın müraciət üzrə onlayn apellyasiya prosesi təşkil edilib.

Oxşar Xəbərlər