DİM: Sosial şəbəkələrdə imtahan tarixləri haqqında məlumatlar həqiqəti əks etdirmir

“Hazırda sosial şəbəkələrdə buraxılış (qəbul) imtahanlarının tarixləri ilə bağlı yanlış məlumatlar paylaşılır. Nəzərinizə çatdırırıq ki, imtahan tarixləri dəqiq müəyyən olunduqdan və müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq və Mərkəzin dim.gov.az saytında yerləşdiriləcəkdir”.

Bu barədə QİA.AZ-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

“İmtahan tarixləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan məlumatlar həqiqəti əks etdirmir. Qeyd olunan məsələlərlə bağlı yalnız Dövlət İmtahan Mərkəzinə məxsus informasiya resurslarını izləməyi tövsiyə edirik”, – deyə DİM-dən bildirilib.

Oxşar Xəbərlər