DİN 25 COVID-19 xəstəsinin xəstəxanadan qaçması xəbərinə münasibət bildirib

Fev3,2021
DİN 25 COVID-19 xəstəsinin xəstəxanadan qaçması xəbərinə münasibət bildirib

“Sosial şəbəkələrdə aktiv koronavirus xəstələrinin xəstəxanadan qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır, yalandır”.

“QİA.AZ” xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, yayılan məlumatlar tam və hərtərəfli olaraq yoxlanılıb:

“Sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, hər hansı məlumatı paylaşarkən diqqətli olsunlar”.

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərindən biri 25 nəfər COVID-19 xəstəsinin Bakıdakı xəstəxanadan qaçdığını iddia edib.

Oxşar Xəbərlər