DİN: Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə diqqət mərkəzində saxlanılır

DİN Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, Daxili işlər orqanları tərəfindən cinayətkarlığın bütün forma vətəzahürlərinə, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədiqqət mərkəzində saxlanılır.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, 2019-cu illə müqayisədə2020-ci ildə 642 kiloqram çox olmaqla, 1 ton 873 kiloqram narkotik vasitəqanunsuz dövriyyədən çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotikxassəli bitki aşkarlanaraq məhv edilib.

Sosial şəbəkələrlə və digər internet informasiya resurslarından istifadə etməklə narkotik vasitələrin onlayn dövriyyəsi üzrə bir sıra faktlar əsasında şübhəli bilinənşəxslər əməliyyat yolu ilə tutularaq istintaqa təhvil verilib. Onlardan ümumilikdə 168 kiloqramdan artıq – 15 kiloqram 322 qram marixuana, 131 kiloqrama yaxın heroin, 10 kiloqram tiryək və digər psixotrop tərkibli, insan sağlamlığı üçün təhlükəli narkotikvasitələr götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

İnsan həyatını və sağlamlığını təhdid edən neqativ hallara qarşı daxili işlərorqanları tərəfindən bütün istiqamətlərdə kompleks profilaktiki tədbirlər davametdirilir.

Oxşar Xəbərlər