İyulun 3-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən QİA.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 41, o cümlədən borclu şəxs qismində axtarılan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmin gün narkotiklərlə əlaqədar 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.