Məlum olduğu kimi, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb və bir sıra rayonlarda, habelə paytaxt Bakı şəhərində hiss edilib.
Daxili İşlər Nazirliyindən (DİN) QİA.AZ-a bildirilib ki, zəlzələnin nəticəsi itkisiz ötüşüb.
“Zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb”, – deyə DİN-in məlumatında qeyd edilir.