Dini liderlərin Şuşa görüşü keçirilir YENİLƏNİB

May2,2024

VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşü keçirilir.

QİA.az AZƏRTAC-a istinad ilə xəbər verir ki, görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak edirlər.13:05VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Füzuli şəhəri ilə tanışlıqdn sonra Şuşa şəhərinə gəliblər.

Dini liderlərin iştirakı ilə Şuşa görüşü keçiriləcək, dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul ediləcək.Səfər iştirakçıları Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə də tanış olacaqlar.

Oxşar Xəbərlər