Aprelin 30-da Dövlət Sərhəd Xidməti (DSX) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsində tədbir keçirib.
DSX-nin mətbuat xidmətindən QİA.az-a bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.Tədbirdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu dövlət-din münasibətlərinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən hazırda da yüksək səviyyədə davam etdirilməsi, tolerantlıq ənənələrinin möhkəmləndirilməsi xüsusi vurğulanıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İlahiyyat İnstitutunun nümayəndələri “Dinin siyasətləşdirilməsinin milli dövlətçiliyimizə təhlükələri” mövzusunda və bu istiqamətdə aparılan maarifləndirmə işlərinin vacibliyi haqqında çıxış ediblər.
Davam edən tədbirdə hərbi qulluqçuları maraqlandıran suallara cavab verilib, məzhəb ayrı-seçkiliyi və məzhəblərarası fitnənin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi göstərilib.Sonda qonaqlar hərbi hissədə yaradılmış şəraitlə tanış olublar.