Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı artırılıb

DQİDK

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiqlənib.

“QİA.az”ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib.

Qərara əsasən, Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib.

Kollegiyanın sədri:

– Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

 Kollegiyanın üzvləri:

– Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinləri

– Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi

– Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri

– Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının Hüquq və qeydiyyat şöbəsinin müdiri – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının Maliyyə-təsərrüfat şöbəsinin müdiri.

Qeyd edək ki, bundan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 7 nəfər olub.

Oxşar Xəbərlər