Diplomatik korpus nümayəndələri Füzuliyə səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanın tikintisinin gedişi ilə tanış olublar.
QİA.AZ-ın məlumatına görə, diplomatlara Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yenicə əsası qoyulmuş hava limanında görüləcək işlər barədə məlumat verib. Bildirib ki, tikinti işlərinə Azərbaycanın xarici tərəfdaşları da fəal surətdə cəlb olunub.