Diplomatlar Ağdamın Cümə məscidində olublar

İyn13,2021

Azərbaycan və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Ağdam rayonuna səfəri davam edir.

“QİA.az”ın xəbərinə görə, diplomatlar Ağdam şəhərində yerləşən Cümə məscidində olublar.

Tədbirdə iştirak edən məşhur fotoqraf Reza Deqati diplomatlara Xocalı soyqırımı barədə danışıb, soyqırımının qurbanı olmuş insanların və qaçqınların şəkillərini tədbir iştirakçılarına nümayiş etdirib.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, həmçinin ermənilərin Ağdam şəhərində, o cümlədən Cümə məscidində törətdiyi vəhşiliklərdən və dağıntılardan danışıb.

İran səfiri və səfirliyin nümayəndələri Cümə məscidində namaz qılıblar.

Səfərdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.

Oxşar Xəbərlər