Diqqət! Bu yolla bank kartınızdan pulunuzu çıxara bilərlər – VİDEO

kart

Paytaxt sakini Həbib Babayev istifadə etmədiyi geyimlərini bir neçə gün əvvəl onlayn alış-veriş saytında 10-15 manata satışa qoyub.

“QİA.az” “xezerxeber.az”a istinadən xəbər verir ki, ona bir neçə dəqiqə sonra bir nəfər votsapda yazaraq paltarları almaq istədiyini deyib. Həbib Babayev həmin şəxsdən şübhələndiyi üçün onunla bir qədər yazışıb.

Sonra isə o, müəyyən edib ki, qarşı tərəf Azərbaycan dilindəki sözləri xüsusi proqramlar vasitəsilə tərcümə edərək göndərir. Daha sonra həmin şəxs Həbib Babayevə bir link atıb ki, bank məlumatlarını ora yerləşdirsin. Hətta israr da edib ki, vaxtı məhdud olduğundan məlumatları tez atsın. Həbib Babayev iddia edir ki, söhbət əsnasında onun erməni olduğunu başa düşüb.

Həbib Babayev məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına hələ ki, müraciət etməyib. Amma görünən odur ki, belə üsullarla vətəndaşlara külli miqdarda ziyan vurula bilər. Baş vermiş hadisə alış-veriş saytlarından nəsə alan və ya satan şəxslərin şəxsi məlumatlarının təhlükəsizliyini bir daha aktuallaşdırır.

Ekspert Rövşən Əkbərov deyir ki, vətəndaşlar bu cür saytlardan mal alarkən və ya satarkən bank məlumatlarını mütləq məxfi saxlamalıdırlar.

Ekspert bildirir ki, bank kartı olan hər bir şəxs mütləq qaydada bankın 3D təhlükəsizlik xidmətinə qoşulmalıdır. Belə olduqda kartdan çəkiləcək vəsaitlə bağlı əvvəlcə vətəndaşa SMS vasitəsi ilə 4 rəqəmli kod gəlir. Əgər vətəndaş o kodu daxl etməsə, pul çıxarmaq və ya onlayn ödəniş etmək mümkün olmur.

Mövzu ilə bağlı hazırlanan videomaterialı təqdim edirik:

QİA.az

Oxşar Xəbərlər