Dmitri Medvedev: “Rusiyanı beynəlxalq internet şəbəkəsindən ayıra bilərlər”

Fev1,2021
Dmitri Medvedev: “Rusiyanı beynəlxalq internet şəbəkəsindən ayıra bilərlər”

“Rusiyanı beynəlxalq internet şəbəkəsindən ayıra bilərlər”.

“QİA.AZ” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedev ölkə KİV-inə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın internet seqmentindən ayrılması haqqında qanun bu istiqamətdə uyğun risklər fonunda muxtar idarəetməyə imkan verir.

“Məlum olduğu kimi internetin idarə edilməsində ABŞ-ın istinasız hüququ var. Odur ki, kiminsə fikrinə gələrsə, fövqəladə hadisə olarsa onda bu baş verəcək”, – D.Medvedev bildirib.

O, internet açarının okeanın o tayında olduğunu da vurğulayıb.

Oxşar Xəbərlər