“ABŞ Kabildəki terror aktının araşdırılması üçün Rusiyaya müraciət etməyib”.
“QİA.AZ” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov söyləyib.
Onun sözlərinə görə, Vladimir Putin Əfqanıstandakı vəziyyətlə bağlı publik müraciət etməyi planlaşdırmır.
“Rusiya Qərb koalisiyasının Əfqanıstandakı əməliyyatında iştirak etməyib. ABŞ Kabildəki terror aktının araşdırılması üçün Rusiyaya müraciət etməyib”, – o əlavə edib.
Peskov Rusiyanın Əfqanıstandakı terror aktlarına görə narahatlıq keçirdiyini ifadə edib: “Təəssüf ki, Əfqanıstanda xaosun yayılacağına dair pessimist proqnozlar özünü doğruldur”.