Doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək istəyən namizədlərin nəzərinə!

İyn 10, 2021

İyun ayında keçirilməsi nəzərdə tutulan doktorantura səviyyəsinə xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında iştirakçıların danışıq sahəsində bacarıq və vərdişləri yoxlanılmayacaq.

Bu barədə “QİA.az”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

2021-ci il iyun ayında keçiriləcək doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanı, həmçinin xarici dillər üzrə fəlsəfə doktoru imtahanları əvvəlki qaydada – dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olmaqla təşkil olunacaq.

Proqramlar üzrə yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulan bacarıqlar və imtahanın strukturu haqqında DİM-in internet saytında əlavə məlumat yerləşdiriləcək.

Lakin gələcəkdə imtahan verəcək namizədlər (iddiaçılar) nəzərə almalıdırlar ki, xarici dillər üzrə doktoranturaya növbəti qəbul və fəlsəfə doktoru imtahanlarından başlayaraq iştirakçıların xarici dilləri bilmə səviyyəsi qiymətləndirilərkən onların digər dil bacarıq və vərdişləri ilə yanaşı, danışıq sahəsində bacarıq və vərdişlərinin yoxlanılması da nəzərdə tutulur.

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında da növbəti imtahanlardan etibarən danışıq sahəsində bacarıq və vərdişlərinin yoxlanılması həyata keçiriləcək.

Oxşar Xəbərlər