Donald Tramp seçkilərdə qalib gələrsə Assanjı əfv edə bilər

Donald Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə “Wikileaks” portalının təsisçisi Culian Assanjı əfv etmək barəsində ciddi şəkildə düşünəcək.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Donald Tramp bu barədə podkaster Tim Poula müsahibəsi zamanı bildirib. O, prezident seçiləcəyi təqdirdə Assanjı əfv edib-etməyəcəyi ilə bağlı suala cavab verib:

“Biz bunu çox ciddi nəzərdən keçirəcəyik”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki, Culian Assanj hazırda Britaniyanın Belmarş həbsxanasında saxlanılır. Mayın 20-də Britaniyalı hakimlər Culian Assanja ABŞ-a ekstradisiyasına etiraz etmək hüququ verib.

Oxşar Xəbərlər