Paytaxtın Nərimanov, Nəsimi, Yasamal və Suraxanı rayonlarında Bakı şəhər sakini olan dörd nəfərin bank kartlarından müxtəlif vaxtlarda 500, 714, 4 590 və 2 000 manat olmaqla ümumilikdə 7 804 manat vəsaitlərinin oğurlanması barədə polisə məlumatlar daxil olub.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən Q.Əmirxanov, T.İsmayılov, G.Rəhimova və Ş.Babayeva müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.