Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Dek 13, 2021

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.

QİA.AZ xəbər verir ki, 13 dekabr tarixində ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2022-ci il üzrə büdcə layihəsi, Fondun İnvestisiya siyasəti və digər məsələlər müzakirə edilib.

Dövlət Neft Fondunun 2022-ci il üçün büdcə layihəsinin cənab Prezidentə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.

Oxşar Xəbərlər