Dövlət Agentliyinə məxsus yük avtomobili qəzaya düşərək aşıb

Yan5,2021
Dövlət Agentliyinə məxsus yük avtomobili qəzaya düşərək aşıb

Bakıda yol qəzası baş verib.

“QİA.AZ”ın xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.

Belə ki, minik avtomobili ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus UAZ markalı yük avtomobili toqquşub. Nəticədə yük maşını aşıb, avtomobildə olan şəxslər xəsarət alıb. Hər iki maşına isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər