Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan ərazilərə Prezident İlham Əliyevlə birlikdə səfərləri ilə bağlı növbəti paylaşım edib.
“QİA.AZ”ın məlumatına görə, videogörüntülərdə sükan arxasında oturan dövlət başçısı deyir:
“Xocalı rayonun Sığnaq kəndi. Burada da Azərbaycan, Türkiyə bayraqları və yolu inşa edən Türkiyə şirkətinin “KOLİN” şirkətinin bayrağı asılıb”.