Dövlət Gömrük Komitəsi qeyri-iş günlərində də fəaliyyət göstərəcək

May6,2021

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı Qarşıdan gələn bayramlarla əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri 10, 11, 12 və 15 may tarixlərində gündəlik iş rejimində fəaliyyət göstərəcək. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən QİA.AZ-a verilən məlumata görə, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilərlər.

Oxşar Xəbərlər